Rəsmi Bağdad Kərkük neftinin Türkiyəyə ixracı üçün danışıqlar aparır

2 İyul 2018 17:25 (UTC+04:00)

AZƏRTAC İraqın “Al-Sabah” qəzetinə istinadla xəbər verir ki, bu barədə ölkənin neft naziri Cabbar Əli əl-Layibi deyib. O bildirib ki, ixracın davam etdirilməsi qərarı müzakirələrin nəticəsindən asılı olacaq.

Nazirin sözlərinə görə, Kərkük neft yatağından hasilat hələ də gündəlik 220 min barreldir və bütün bu həcmlər yerli neft emalı zavodlarına göndərilir.

Xatırladaq ki, İraq Kürd Regional Rəhbərliyində keçirilən mübahisəli müstəqillik referendumdan sonra İraq hökumət qüvvələrinin nəzarətinə keçən Kərkükdən ötən ilin oktyabr ayından etibarən Kərkük-Ceyhan boru xətti ilə neft ixracı dayanıb.

AzNews.az