Yaponiyada güclü qasırğa - Ölən var

2 İyul 2018 17:33 (UTC+04:00)

Trend-in məlumatına görə, artıq bir neçə gündür ki, güclü küləklə müşayiət olunan leysan yağışları nəticəsində 5 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.

Güclü qasırğa Cənubi Koreyada da fəsadlara yol açıb. Burada ölən və xəsarət alan var, hətta 2 nəfərin itkin düşdüyü bildirilir.

Qeyd edək ki, hələ ötən həftənin sonlarında qasırğa səbəbindən Yaponiyada təxminən 26 min nəfər təxliyə olunub.

AzNews.az