Erməni polkovnik saxlanıldı - Hərbi hissənin yanacağını satıb

2 İyul 2018 17:38 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Şübhəli polkovnik öz hərbi hissəsindəki mayorla razılığa gələrək cari ilin yanvar - iyun ayları ərzində planda nəzərdə tutulandan daha az hərbi texnikadan istifadə edilməsinə tapşırıq verib. Beləliklə də, qənaət edilən 24 ton dizel yanacağını satan polkovnik dövlətə 8 milyon 856 min dram (18 min 450 dollar) ziyan vurub.

Nəticədə mayor, polkovnik və dörd nəfər saxlanılıb.

AzNews.az