Bolqarıstanda Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı geniş material yayımlandı - Ermənilər TV-yə qarşı hücuma keçdi (Fotolar)

2 İyul 2018 19:01 (UTC+04:00)

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gedib.

Azərbaycan XİN-nin etirazından sonra Azərbaycana çəkiliş qrupu göndərilib. Bolqarıstan mediası təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə obyektiv veriliş hazırlayıb.

Bu verilişə görə Bolqarıstan erməniləri jurnalistə və televiziyaya qarşı hücuma keçiblər, təhdidlərə başlayıblar.

AzNews.az