Şirvanda yanğın baş verdi

2 İyul 2018 20:31 (UTC+04:00)

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, birmərtəbəli 4 otaqlı evə bitişik tikilmiş ümumi sahəsi 30 m2 olan mətbəxin yanar konstruksiyaları, ümumi sahəsi 12 m2 olan hamamın lambirdən ibarət tavanı və 2 ədəd məişət avadanlığı yanıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.