Bu il İsrail əsgərləri 25 fələstinli uşağı qətlə yetirib.

2 İyul 2018 20:42 (UTC+04:00)

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Fələstin Uşaq Müdafiə Hərəkatının hesabatında qeyd edilib.

Məlumata görə, onlardan 21-i Qəzza Zolağında, 4-ü isə Qərbi Şəriədə güllələrə hədəf olublar. 25 uşaqdan 11-i başından və ya boynundan vurulub.

Hesabatda “İsrail ordusu özünə birbaşa təhdid təşkil etməyən fələstinli uşaqlara qarşı ölümcül güc və güllə istifadə etməyə davam edir” sözlərinə yer verilib.

Qeyd edək ki, 30 martdan etibarən fələstinlilərin başlatdığı “Böyük Qayıdış Yürüşü” aksiyalarında ümumilikdə 135 nəfər şəhid olub.

AzNews.az