Xaçmazda qadın qaynı tərəfindən bıçaqlandı

2 İyul 2018 20:51 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Ramin Sadıqov küçəsində baş verib. Mirzəyeva Sefinaz Novruz qızı qaynı Ramiz adlı şəxs tərəfindən bıçaqlanıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadının vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.