Braziliyadan Dünya Çempionatında yeni rekord

2 İyul 2018 21:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Meksika ilə qarşılaşmada Neymarın 51-ci dəqiqədə vurduğu qol tarixi rekordu müəyyənləşdirib.

Belə ki, bu qol Braziliya yığmasının dünya çempionatlarında vurduqları 227-ci qol olub.

Bununla da "Sambaçı"lar Mundial tarixində ən çox qol vuran komandaya çevrilib.

Buna qədər isə rekord 226 qol vuran Almaniyaya məxsus idi.