Naxçıvanda Ümumqoşun Ordunun xüsusi təlimləri başladı - Fotolar

2 İyul 2018 21:08 (UTC+04:00)

Bu barədə "Report"a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.

Təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb.

Təlimin döyüş atışlı mərhələsində düşmənin hava və yerüstü hədəfləri hava hücumundan müdafiə silahları ilə məhv edilib.

Təlimlərə hava düşmənini təqlid edən Əlahiddə Ümumqoşun Ordunun aviasiyası da cəlb edilib.

AzNews.az