Xarici şirkətlər İranı tərk edir - Səbəb?

2 İyul 2018 21:43 (UTC+04:00)

Oxu.Az-ın RİA “Novosti”yə istinadla xəbərinə görə, bu barədə Dövlət Departamentinin siyasi planlaşma bölməsinin direktoru Brayan Huk bəyan edib.

Dövlət Departamentində keçirilən brifinqdə Huk deyib ki, sözügedən şirkətlərin əksəriyyəti energetika və maliyyə sektorunda fəaliyyət göstərir.

Qeyd edək ki, Donald Trampın ABŞ-ın İranla nüvə sazişini tərk etməsi barədə bəyanatından sonra Vaşinqton İrana qarşı sanksiyaları yenidən tətbiq etmək niyyətindədir. Bu sanksiyalar Tehranla iqtisadi sahədə əməkdaşlıq edən şirkətləri də əhatə edəcək.

AzNews.az