Belçikadan möhtəşəm geri-dönüş

2 İyul 2018 23:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, oyunun ilk hissəsi qolsuz bitib. Lakin 2-ci hissədə 5 qol vuruldu.

0:2 hesabı ilə geridə olan belçikalılar yekunda 2:3 hesablı qələbəyə seviniblər.

Belə ki, Yaponiyalıların 4 dəqiqə ərzində vurduğu 2 qola (48 və 52-ci dəqiqələr) Belçikanın heyətində Vertongen (6-cu dəq.), Maruan Fellaini (74-cü dəq.) və son dəqiqədə Nacer Şadli cavab verib.

Bununla da Belçika yığması 1/4 finala vəsiqə qazanıb. Rəqib isə güclü Braziliya yığması olacaq.