“Bütün strateji obyektlərə elektrik enerjisinin verilişi bərpa olunub” - Nazir

3 İyul 2018 09:36 (UTC+04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bildirib.

“Elektrik enerjisi olmayan yerlərdə də yaxın saatlarda problem aradan qalxacaq”, deyə nazir qeyd edib.

P. Şahbazov əlavə edib ki, hazırda elektrik kəsintisi ilə bağlı problemin aradan qaldırılması üzrə işlər davam etdirilir və yaxın saatlarda bütün ölkə ərazisində elektrik enerjisi ilə təminat tam bərpa olunacaq.

AzNews.az