Günün I yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq

3 İyul 2018 09:42 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları”dan verilən məlumata görə, sərnişinlərin nəzərinə çatdırırıq ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərdən yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir.

AzNews.az