İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alındı

3 İyul 2018 10:39 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama nəticəsində, saxlanılan şəxslərdən birinin daxili orqanında (düz bağırsağında) 5 ədəd bükümdə narkotik vasitələr - xalis çəkisi 143,05 qram olan heroin və 3,80 qram tiryək, eləcə də 0,560 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az