Yaponiyada 40 min nəfərin təxliyə olunması tövsiyə edilib

3 İyul 2018 10:46 (UTC+04:00)

Hazırda qasırğa Yapon dənizi istiqamətindən Yaponiya arxipelaqına çatıb. Onun mərkəzində təzyiq 960 hektopaskala, küləyin sürəti isə saniyədə 35 metrə, bəzi hallarda isə 50 metrə çatır. “Prapirun” özü ilə leysan yağışları da gətirir. Belə ki, Okinava prefekturasında 3 saat ərzində 184 millimetr yağıntı qeydə alınıb. Ölkənin Baş Meteoroloji İdarəsi torpaq sürüşmələrinin və çaylarda daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edib. Əhaliyə vacib olmadığı təqdirdə evlərindən çıxmamaq tövsiyə olunub.

AzNews.az