Elektrik enerjisində fasilə gömrük-keçid məntəqələrində nisbi sıxlığa səbəb olub

3 İyul 2018 11:17 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, artıq həmin problem aradan qaldırılıb.

"Həmin problemin aradan qaldırılması müddəti ərzində sərhəd-keçid məntəqələrində nisbi sıxlıq yaranıb. Artıq Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində yaranan problem aradan qaldırılıb. Komitə sərhəd-keçid məntəqələrində nisbi sıxlığı aradan qaldırmaq üçün hazırda əlavə qüvvələr cəlb olunub.

Qeyd edək ki, iyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayışla əlaqədar ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

AzNews.az