Hərbi hissələrin elektrik enerjisi ilə təchizatında problem yoxdur - MN

3 İyul 2018 13:15 (UTC+04:00)

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, dünən gecədən elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılan kimi, bu enerji mənbələri avtomatik işə düşüb və hazırda ordunun heç bir hərbi hissəsində, xüsusilə də ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur: “Hərbi hissələrdə xidməti-döyüş fəaliyyəti fasiləsiz rejimdə davam etdirilir. Ehtiyac olduğu halda, mühüm mülki infrastruktur obyektlərinin (xəstəxanalar, uşaq bağçaları, doğum evləri və s.) də enerji ilə təchiz edilməsinə köməklik göstərməyə hazırıq”.

AzNews.az