“5G” abunəçilərinin sayı 1 milyarda çatacaq

3 İyul 2018 14:14 (UTC+04:00)

AZƏRTAC “Mediasat” resursuna istinadən bildirir ki, hesabata görə, 2023-cü ilədək “5G” abunəçilərinin sayı 1 milyarda çatacaq ki, bu da dünyada mobil rabitə xidməti abunəçilərinin ümumi sayının təqribən 12 faizini təşkil edəcək. Hesabat dövründə dünyada “Əşyalar interneti”nə qoşulmaların sayı 3,5 milyarda çatacaq. Hesabat müəlliflərinin fikrincə, 2017-2023-cü illərdə mobil rabitə şəbəkələri vasitəsilə ötürülən məlumatların həcmi 8 dəfə artacaq. “5G”, həmçinin internetə simsiz stasionar çıxış üçün geniş tətbiq ediləcək.

Məlumat üçün qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

AzNews.az