“Azercell” abunəçilərin mobil rabitə xidmətlərinin təmin edilməsi üçün tədbirlər görür

3 İyul 2018 15:04 (UTC+04:00)

“Azercell Telekom”dan AzNews.az-a verilən məlumata görə, müstəqil generatorlar vasitəsilə şirkətin əsas ofisləri, “Telefon Mərkəzi və Məlumat Mərkəzi”nin, eləcədə bir sıra saytların kəsintisiz fəaliyyəti dərhal bərpa edilib, digər saytların bərpası üçün isə yeni daşınan generatorlar yerlərə göndərilib.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, hal-hazırda kəskin isti hava şəraitinə baxmayaraq, “Azercell” abunəçilərinin bütün ölkə boyu keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin edilməsinə dair zəruri tədbirlərin görülməsi davam etdirilir.