Tunisdə ilk dəfə qadın mer seçildi

3 İyul 2018 17:18 (UTC+04:00)

Trend-in məlumatına görə, iyulun 3-də keçirilmiş seçkilərdə Ən-Nəhda partiyasının namizədi Suad Əbdürrəhim öz rəqibini 4 səs üstələyərək qalib gəlib.

Onun partiyası da ölkə üzrə bələdiyyə seçkilərində 2135 məntəqədə üstün olub.

Bələdiyyə seçkiləri ölkədə “Ərəb baharı”ndan sonra ilk dəfə baş tutub.

AzNews.az