Koçaryan istintaqa çağırıldı

3 İyul 2018 17:42 (UTC+04:00)

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, həmin gün polis dinc etiraz aksiyası iştirakçılarına atəş açmışdı.

Bildirilib ki, 2008-ci il martın 1-də aksiya iştirakçıları Serj Sarqysanın prezident seçilməsinə etiraz edirdilər. İrəvanda polislə aksiya iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində azı 8 etirazçı öldürülmüşdü.

Qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan da 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı ittiham olunur.

Bir müdət əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan və Robert Koçaryan Gümrü şəhərinin “Fəxri sakinləri” adından məhrum ediliblər.

AzNews.az