Maradona Argentina yığmasına pulsuz rəhbərlik etməyə hazırdır

3 İyul 2018 17:51 (UTC+04:00)

"Report" "Reuters"ə istinadən xəbər verir ki, əfsanəvi hücumçu yığmada pulsuz icra etmək istədiyini bildirib. O deyib: "Mən milli komandaya qayıtsam, bunu pulsuz edərəm. Qarşılığında heç bir şey istəməyəcəyəm. DÇ-2018-də çox güclü Braziliya yığması gördüm. Titenin işi xoşuma gəlir".

Qeyd edək ki, Dieqo Maradona 2008 - 2010-cu illərdə Argentina yığmasına rəhbərlik edib. O, 2010-cu il Cənubi Afrikadakı mundialdakı uğursuz çıxışa görə, milli komandadan ayırılıb. Argentina millisi DÇ-2018-in 1/8 final mərhələsində Fransaya 3:4 hesabı ilə məğlub olub.

AzNews.az