Rövşən Rzayev məcburi köçkünləri qəbul etdi

3 İyul 2018 18:52 (UTC+04:00)

Dövlət Komitəsindən AzNews.az-a verilən məlumata görə, görüş zamanı bölgələrdən qəbula gələn məcburi köçkünlərlə ümumilikdə görülən işlər, mövcud problemlərlə əlaqədar söhbətlər aparılıb.

Onlar ayrı-ayrılıqda dinlənilərək problemləri ilə tanış olunub, müraciətlər və narahatlıq doğuran məsələlərlə bağlı məcburi köçkünlərə hərtərəfli izahat verilib.

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Müraciətlər qeydə alınıb və müvafiq tədbir görülməsi üçün tapşırıq verilib.