ABŞ və Cənubi Koreya birgə plan hazırlayıb

24 Mart 2013 09:38 (UTC+04:00)




Trend-in verdiyi məlumata görə, bu haqda ABŞ və Koreya Respublikasının silahlı qüvvələrinin komandanlığının birgə yaydığı açıqlama bildirilib.

"İmzalanmış plan Koreya Respublikasının KXDR tərəfindən reallaşdırıla biləcək təxribatlara cavab vermək üçün ABŞ-ın dəstəyilə fövqəladə vəziyyətlərə uyğun fəaliyyətini əhatələyir. Bunun formalaşdırılması isə KXDR tərəfindən Yenpxyendo adasının artilleriya atəşinə tutulmasından sonra Koreya Respublikası silahlı qüvvələrinin baş qərargahı və ABŞ-ın bu ölkədəki hərbi qoşunlarının komandanlığı arasında aparılmış danışıqlar nəticəsində mümkün olub" - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, plana əsasən tərəflərin məsləhətləşmələr aparması, KXDR-in təxribatlarına cavab vermək üçün güclü və qərarlı addımlar atması nəzərdə tutulur.

AzNews.az