Elektrik enerjisinin verilişinin bərpa edilməsi üçün operativ işlər aparılır - “Azərenerji”

3 İyul 2018 19:57 (UTC+04:00)

Bunu Trend-ə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, qəza elektrik enerji sistemində baş verib və hazırda qəzanın səbəbləri araşdırılır.

Y.Babanlı əlavə edib ki, elektrik enerjisinin verilişinin bərpa edilməsi üçün operativ işlər aparılır.

AzNews.az