Marşrut xətləri üzrə sərnişinlər ödənişsiz daşınacaq - BNA

3 İyul 2018 19:30 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyindən AzNews.az-a verilən məlumata görə, sərnişin sıxlığının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür.

İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib.

Agentlik yollarda hərəkətin təhlükəsizliyi üçün bütün sürücülərdən ehtiyatlı olmalarını və yol kəsişmələrində bir-birlərinə qarşı anlayışlı olmalarını tövsiyə edir.