Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejiminə keçdi

3 İyul 2018 22:49 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.

O bildirib ki, tibb müəssisələri generatorlarla tam təmin olunub. Baş verəcək hər hansı hadisənin qarşısının yerindəcə həll edilməsi məqsədilə metrostansiyaların qarşısında təcili tibbi yardım maşınları dayanıb. Gün ərzində ümumilikdə təcili yardım xidmətinə 17 müraciət daxil olub. Həyat təhlükəsinə səbəb olacaq hər hansı hadisə baş verməyib, 5 nəfər profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib.