1000-ə yaxın ev dağıldı

24 Mart 2013 10:01 (UTC+04:00)


Ölkənin mərkəzi bölgələrində çovğun nəqliyyatın hərəkətinə mane olub. Hava limanlarında xeyli sayda daxili və xarici reyslər təxirə salınıb, sərnişinlər saatlarla hava limanlarında gözləməli olublar.

Güclü qarla yanaşı, Mərkəzi və Cənubi Çində güclü külək və dolu da fəsadlara yol açıb. Fəlakət zonasına daxil olan 42 şəhərdə 1000-ə yaxın ev dağılıb. 3 nəfərin öldüyü bildirilir.

Pis hava şəraitindən 840 minə yaxın adam zərər çəkib. Azı 150 min sakinin də təcili yardıma ehtiyacı var. Qasırğa və dolu bölgəyə 95 milyon dollar həcmində ziyan vurub.

AzNews.az