Aktrisa film şirkətini məhkəməyə verdi

4 İyul 2018 10:38 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, aktrisa rol aldığı “Dayan Yüreğim” serialında 75 min lirə dəyərində maaşını ala bilməyib.

Film şirkəti isə E. Uslunun etirazlarına məhəl qoymayıb, “Bizim borcumuz yoxdur” deyə açıqlama verib.

43 yaşlı aktrisa məsələ ilə bağlı Ədliyyə Hüquq Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, 13-cü bölümdə finalı olan layihənin qəhrəmanları bir müddət əvvəl şirkətin qarşısında etiraz aksiyası keçirmişdi.

AzNews.az