Bərdədə iki nəfər göldə boğuldu

4 İyul 2018 11:59 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Türkman kənd sakinləri - 2002-ci il təvəllüdlü Hacıyev Təhmasib İldırım oğlu və onun dostu 2004-cü il təvəllüdlü Tahirov Sahil Sahib oğlu Tərtər çayının rayon ərazisindən keçən hissəsində, çayın ətrafında yaradılmış süni göldə çimərkən boğulublar.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az