Anasının yas mərasimində iştirak etmədi

24 Mart 2013 10:40 (UTC+04:00)
Norveçdə 77 nəfəri öldürən Anders Behring Breivik iki gün əvvəl dünyasını dəyişən anasının dəfn mərasimində iştirak edə bilməyib. Vəkili Tord Jordet Breivikin mərasimdə iştirakı ilə bağlı həbsxanaya yazılı müraciət olunduğunu, lakin həbsxana rəhbərliyindən rədd cavabı aldıqlarını açıqlayıb. Breivikin cəza çəkdiyi həbsxana rəhbəri Knut Bjarkeid də bu tələbi qəbul etmələrinin mümkün olmadığını dilə gətirib.

Xəyalə Məmmədova
AzNews.az