Metroda halı pisləşən 6 nəfər xəstəxanaya yerləşdirilib - Nazirlik

4 İyul 2018 13:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib:

“Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır. Ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur”.

Bahar RÜSTƏMLİ
AzNews.az