“Avtobuslardan ödənişsiz istifadə...” - “BakuBus”

4 İyul 2018 15:49 (UTC+04:00)

“BakuBus” MMC-dən Trend-ə verilən məlumata görə, iyulun 3-ü saat 19:00 radələrindən etibarən “BakuBus” MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, iyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir.

Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək.

AzNews.az