İranda 2 ton qızıl yığan şəxs saxlanıldı

4 İyul 2018 17:06 (UTC+04:00)

Trend-in məlumatına görə, “sikkə sultanı” adı verilən şəxs bir il müddətində öz köməkçiləri vasitəsilə qızıl külçələr və sikkələr yığıb. Daha sonra isə həmin şəxs bu topladıqlarını satmağa çalışıb.

Polis bildirir ki, həmin şəxs bu addımı ilə ölkə iqtisadiyyatına, xüsusilə də sikkə bazarına ziyan vurub.

Bundan başqa, əməliyyat zamanı 20 kiloqram qızıl və sikkələr yığmış daha iki nəfərin də saxlanıldığı bildirilir.

AzNews.az