Çörəyi “zülmət”dən çıxan Milli Şura

4 İyul 2018 18:07 (UTC+04:00)

Bu günlərdə davam edən anomal istilərdə elektrik sistemində ifrat yüklənmələr səbəbindən Mingəcevir şəhərində İstilik Elektrik Stansiyasının yarımstansiyalarından birində qəza baş verdi. Qəza ilə əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi təminatında fasilə yarandı. Elektrik enerjisinin kəsilməsinin fəsadı kimi metro və dəmiryolunun fəaliyyətində , əhalinin içməli su mənbəyi olan Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsində fasilələr yarandı. Qəzanın aradan qaldırılması məqsədi ilə Dövlət Komissiyası yaradıldı. Əlaqədar qurumların təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra əhalinin elektrik enerjisi ilə təminatı bərpa olundu.

Bu tip qəzalar dünyanın müxtəlif coğrafiyalarında, inkşaf etmiş bir çox ölkələrdə zaman zaman baş verən bir hal olduğunu nəzərə alıb, tarixdə və günümüzdə baş baş verən bu tip qəzalar, bu qəzalar zamanı ölkələrin və cəmiyyətlərin reaksiyası və onların oxşar və fərqli cəhətləri haqqında yazmaq qərarına gəldim.

Ən yeni tarixdə 1965 ci ildə dünyanın inkşaf etmiş sənayə mərkəzləri olan, nüfuzlu elm və texnikanın inkşaf mərkəzləri kimi tanınan Şimali Amerikanın iki iqtisadi nəhəng ölkəsi olan ABŞ və Kanadada ifrat yüklənmə üzündən elektrik sistemində baş vermiş qəza nəticəsində qəza baş vermiş, 30 milyon əhali bir neçə həftə ərzində elektrik enerjisiz və bunun fəsadları kimi həm də susuz qalmışdır.

1978 ci il mart ayında Tailanda elektrik sistemində baş verən qəza 40 milyon insanı fəlakətlə üzbəüz qoymuşdur. Qəza sonrası həmçinin çaylarda suyun səviyyəsinin qalxması baş vermişdir ki, nəticədə ölkənin böyük bir hissəsi suyun altında qalmış, əhali texniki və təbii fəalkətin amansız fəsadları ilə üz üzə qalmışdır.

2000 -ci illərdən sonra isə texnikanın inkşafı, sənayedə və məişətdə, əhalinin istifadə etdiyi texniki vasitələrin artması üzündən dünyada baş verən texniki qəzaların sayında artım müşahidə edilmişdir. 2000-ci il İtaliyada baş verən elektrik qəzası nəticəsində şəbəkələşmiş Avropa elektrik siteminin böyük bir hissəsi siradan çıxmış, nəticədə Avropanın 5 dövlətində Italiya, İsveçrə, Avstriya, Sloveniya, Xorvatiyada sənaye və əlvan metallurgiya müəssisələrinə çoxmilyardlıq ziyan dəymiş, 55 milyon əhali 6 gün işıqsız, susuz vəziyyətdə qalmışdır.

2003-сü il dünyanın ən inkşaf etmiş iki ölkəsi, ABŞ və Kanadada 100-dən çox elektrostansiyanın sıradan çıxdığı, 10 milyon Kanada vətəndaşının , 40 milyon ABŞ vətəndaşının bir həftə işıqsız və deməli həm də susuz qaldığı hadisə baş vermişdi.

Qəza nəticəsində hər iki ölkədə sənaye və maliyyə sistemlərinin böyük itkilər olmuş, yalnız ABŞ-ın sənaye müəsisələrinin itkiləri 6 milyard dolları keçmişdir. Əhaliyə və iaşə obyektlərinə dəyən ziyanla bərabər bu qəza ABŞ dövləti üçün bir həftəyə 11 milyard dollara başa gəlmişdir. Qəza nəticəsində insanlar günlərlə yerin altında qatarlarda , liftlərin şaxtalarında qalmış, əhaliyə dəyən maddi və mənəvi ziyan daha sonra ABŞ dövlətini " əhaliyə fövgəladə hallar zamanı mənəvi və psixoloji dəstək göstərilməsi " haqqında konsepsiyanın qəbul edilməsi ilə nəticələnmişdir.

Daha öncələr bu tip qəzalar Azərbaycanda baş verməsə də, inkşaf etmiş və ya inkşaf etməkdə olan ölkələr üçün bu hadisələr xarakterik haldır.

Müxtəlif illərdə elektrik sistemində qəzalar nəticəsində, məsələn 2005 -ildə İndoneziyada 100 milyon,

2008-ci ildə Brazilya və Paraqvayda ümumilikdə 87 milyon,

2012-ci ildə Hindistanda 620 milyon ,

2014-cü ildə Banqladeşdə 150 milyon ,

2015-ci ildə Pakistanda 140 milyon insanın günlərlə elektrik enerjisiz və içməli su çatışmamazlığı ilə üz üzə qalmasına səbəb olmuşdur. Göründüyü kimi dünyanın heç bir ölkəsi bu tip texniki qəzalardan sığortalanmayıb. Dünyanın ən dəqiq hesablamalarının aparıldığı NASA da belə kiçik texniki səhvlər üzərindən büdcəsi millyardlarla ölçülən kosmik layihələrdə qəzalar baş verir və bunu yerli elm və vətəndaş cəmiyyətləri yerdən kənarda həyatın araşdırılması istiqamətində elmin verdiyi zəkat olaraq qəbul edirlər. Dünyanın müxtəlif ölkələrində , müxtəlif vaxtlarda baş verən elektrik qəzalarının hamısının oxşar və fərqli cəhətləri mövcuddur. Demək olar ki, bu qəzaların baş verdiyi ölkələrin hamısında cəmiyyətlərin bütün təbəqələri, hökümətlərlə, aidiyyatı qurumlarla qəzanın fəsadlarının qaldırılması təşəbbüsü ətrafında birləşir , insanlar təhlükəli vəziyyətdə qalanlara könüllü kömək edir, xəstəxanalarda və böhran mərkəzlərində könüllü fəaliyyət göstərir, uşaq və qocalar evlərinə yardımlar edir , qonşuluqda yaşayan tənha və yaşlı qocalara dəstək olurlar.

Adətən xalqların aforizmləri, atalar sözləri onların milli xarekterlərini ifadə edir, adət və ənənələrini özündə əks etdirir.

Xalqımızın "Ellə gələn toy bayramdır " deyimi cəmiyyətimizin müxtəlif qəza, faciə və fəlakətlər sonrası birləşərək problemləri həll etmək üçün səfərbər olmağa çağrışa edən müdrik bir məsəli var.

Bu Azərbaycan cəmiyyətini, yəni bizi ifadə edən bir məqamdır. Azərbaycan cəmiyyəti çətin məqamlarda birləşə bilən, qonşusunun xoş və ya pis gününü öz sevinci və ya acısı kimi paylaşan və hörmət edən insanlardan ibarət olan bir cəmiyyətdir.

Biz bu günlərdə sıravi insanların öz hesabına metro çıxışlarında qatardan çıxmış insanlara su paylaması, qonşularında tənha, yaşlı insanlardan muğayat olan vətəndaşları, xəstəxana və qocalar evinə gedərək yarana biləcək problemlərin həllində təmənnasiz yardımlarını təklif edən insanları qürurla izlədik.

Lakin uzun illərdir özünü cəmiyyətin, vətəndaşın maraqlarının müdafiəçisi kimi qələmə verən müxalif siyasi qruplar və simalar bu prosesdə cəmiyyətin yanında deyil əks tərəfdə durdular. Fəlakət dəllaları baş verən qəzanın fəsadlarının üzərində siyasi avantyura qurmağa və sosial mediada dezinformasiya siyasəti yürütməyə ciddi cəhd etdilər.

Qəzanın fəsadları üzərindən ucuz siyasi divident götürməyə cəhd edənlərin önündə əlbətdə Milli Şuranın sədri və koordinasiya üzvləri yer almışdılar.

Adətən bu qrup Azərabaycanı bütün parametrlər üzrə dünyanın aparıcı ölkələri ilə müqayisə etməyi sevirlər, ancaq nədənsə müqayisələrində ancaq hökümətlərin fəaliyyətini əsas götürürlər, müxalifərin fəaliyyəti haqqında isə susmağı üstün tuturlar. Məsələn, bu günlərdə müqayisə üçün tez tez müraciət etdikləri Gürcüstanda iki il öncə Kür çayının daşması və sel zamanı əsas müxalif simaların Tiflis şəhərinin zibilliklərdən təmizləmək üçün qollarını çirmələdikləri, sel zamanı zooparkdan qaçmış heyvanların əhaliyə zərər verməməsi üçün küçələrdə növbə çəkmələri haqqında susurlar. Gürcüstanda baş verən təbii fəlakət zamanı müfalifət liderləri Cəmil Həsənli, Əli Kərimlidən fərqli olaraq “Facebook”da xalqı iğtişaşa səsləmirdilər, onlar xalqın arasında, qəzadan əziyyət çəkən vətəndaşlara dəstək göstərir, fəsadların aradan qaldırılması istiqamətində real işlər görürdülər.

Cəmil Həsənli və onunla eyni sırada dayananlar baş vermiş qəzanın aradan qaldırılması istiqamətində dövlətin səylərini dəstəkləmək, məcazi mənada desək, qaranlığı aydınlatmaq üçün bir şam yandırmaq əvəzinə, əhalini panikaya sürükləmək, baş verənləri siyasiləşdirib divident əldə etmək yolunu seçdilər. Hansi ki qəzalardan heç kim və heç bir dövlət sığortalanmayıb. 2014-cü ildə Cəmil Həsənlinin qızı Günel Həsənli 89 yaşlı piyadanı öz maşını ilə əzdiyi zaman yoldaş Həsənli “bu qəzadır” deyə bar-bar bağırırdı. Deməli Həsənlinin ailə üzvləri tərəfindən törədilən kobud qayda pozuntusunu qəza adlandıra bilərik amma iqlim şərtlərinin ucbatından yaranmış texniki nasazlıq səbəbiylə ölkəmizdə elektrik enerjisinin təminatında fasilələr yaranmasını isə faciə kimi qəbul etməliyik. Bu Cəmil Həsənlinin növbəti özünüifşası və mənəvi iflasıdır.

Mən Cəmil Həsənli, Əli Kərimli və Gültəkin Hacıbəyli kimi qaranlıq düşüncəli insanlara məsləhət görərdim ki, Kulis.azda yayımlanmış bu yazını oxusunlar. http://kulis.lent.az/news/23331. Və görsünlər ki, metroda qaranlıqda qalan insanlarmız necə nümünəvi həmrəylik hissinə sahibdirlər. Sizlərin bədxah təsvirlərinizin əksinə olaraq bir saat tuneldə qalan yazı müəllifi, oradakı insanların davranışlarında ancaq sevgi gördüynü yazır. Sevgi, şəfqət və həmrəylik. ..

Artıq sürətli və effektiv müdaxilə nəticəsində problem öz həllini tapıb. Qəzanın baş verdiyi gecə Bakını bürüyən zülmət də geridə qalıb, amma belə anlaşılır ki, Cəmil Həsənlilərin, Əli Kərimlilərin, Gültəkin Hacıbəylilərin düşüncə və fəaliyyətlərindəki zülmət hələ də davam edir və heç bir zaman çəkilməyəcək. Yaxşı ki, Azərbaycan xalqı Cəmil Həsənli kimi zülmət düşüncəli insanlara etimad göstərmir və yaxşı ki, bu kimi insanlarla müqayisə etdiyimiz zaman cəmiyyətimizdə aydın düşüncəli, işıqlı insanlar daha çoxdur.

Yeganə Hacıyeva

AzNews.az