"İslamabad və Bakı birbaşa aviaəlaqə və vizasız rejim təşkil edilməlidir"

4 İyul 2018 21:11 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Bakıda keçiriləcək biznes-foruma həsr olunmuş mətbuat konfransı zamanı Pakistanın Ravalpindi Ticarət-Sənaye Palatasının prezidenti Zahid Lətif Xan deyib.

Onun sözlərinə görə, tədbirdə turizm, əczaçılıq, kimya, tekstil sahələrini, plastmas, cərrahiyyə alətləri, mebel, qida məhsulları istehsalı müəssisələrini təmsil edən 450-dən çox pakistanlı sahibkar iştirak edəcək.

Bundan başqa, Pakistan və Azərbaycan sahibkarları “biznes-biznes” (B2B) formatında görüşlər keçirəcək.

AzNews.az