“Mingəçevir İES-də baş verən hadisə ilə əlaqədar cinayət işi qaldırılıb” - Zakir Qaralov

4 İyul 2018 21:24 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralovprezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə bildirib.

“Müvafiq istintaq tədbirləri davam etdirilir. Baş vermiş hadisə ilə əlaqədar "yanğın təhlükəsizlik qaydalarını pozma", "vəzifədən sui-istifadə etmə" və "səhlənkarlıq" maddələri ilə cinayət işi qaldırılıb. Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar nazirliyi ilə birgə əmr imzalamaqla istintaq-əməliyyat qrupu yaradılıb. Hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir”.