Cəlilabadda yol qəzası - Yaralı var

4 İyul 2018 21:38 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, rayon ərazisində baş verən hadisə zamanı bir nəfər xəsarət alıb.

Belə ki, rayonun Gülməmmədli kənd sakini, 1980-ci il təvəllüdlü İntiqam Zöhrab oğlu İbrahimov qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralıya tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.