AzNews.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə son 15 ildə ölkənin enerji sektoruna böyük investisiyaların qoyulduğunu, yeni elektrik stansiyalarının tikildiyini, xatırladıb. Ölkənin kifayət qədər enerji gücü olduğunu deyib.
Bu qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxmasının çox ciddi suallar doğurduğunu bildirib.
"Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə baxmaq lazımdır. İlk növbədə xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib. Ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb",- deyə İlham Əliyev bu məsələ ilə bağlı ciddi təftiş aparılmalı olduğunu tələb edib.