Kanadada anomal istilər onlarla insanın həyatına son qoydu

4 İyul 2018 22:43 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə TASS agentliyi xəbər verib.

Bildirilir ki, onlardan 11-i vilayətin ən iri şəhərində Monrealda ölüb. Meqapolisdə isti hava şəraiti ilə əlaqədar təcili yardıma zənglər 30 faiz artıb.

Monrealda sonuncu dəfə normadan yüksək hava 2010-cu ilin yayında qeydə alınıb. Həmin vaxt anomal istilər 106 nəfərin həyatına son qoyub.

AzNews.az