Şamaxıda gənc qız intihara cəhd etdi

4 İyul 2018 23:21 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Sağyan kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü A. Məmmədova sol qolunun bilək nahiiyəsini kəsib. O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumatda bildirilir ki, A.Məmmədova cərrahiyyə şöbəsinə yerləşdirilib və ona ilkin yardım göstərilib. Qadının vəziyyəti kafidir.

İlkin məlumata görə, A.Məmmədova həyat yoldaşı ilə mübahisə nəticəsində intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır