Bakıda 60 yaşlı kişi günvurmadan öldü

5 İyul 2018 10:41 (UTC+04:00)

APA-nın məlumatına görə, paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbə sakini, 1958-ci il təvəllüdlü Rövşən Ziyəddin oğlu Muştaqov günvurma diaqnozu ilə 3 saylı şəhər Klinik Xəstəxanasına daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

AzNews.az