“Komissiyanın əsas vəzifələrindən biri məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir”

5 İyul 2018 11:50 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Prezident İlham Əliyev bildirmişdir ki, görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilib. Daha sonra ölkə başçısı bunları bildirib: "Səhər mənim Sərəncamımla məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılmışdır və komissiya öz işinə başlamışdır. Komissiya qarşısında bir neçə vəzifə qoyulmuşdur. Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır".