Salyanda yol qəzası: 1 ölü

24 Mart 2013 12:12 (UTC+04:00)


Salyan Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, qəza martın 23-ü axşam saatlarında Salyan rayonunun Noxudlu kəndi ərazisində baş verib.

Salyan rayonu Xurşud kənd sakini, 1988-ci il təvəllüdlü Nəsirov Yəhya Həbib oğlunun idarə etdiyi VAZ 21011 markalı, 52 BE 425 dövlət nömrə nişanlı avtomobil Noxudlu kənd sakini, 1975-ci il təvəllüdlü Ceyhun Xalıq oğlu Orucovun idarə etdiyi VAZ-2106 markalı 10 BK 081 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə VAZ-2106 markalı avtomobilin sürücüsü Ceyhun Orucov hadisə yerində ölüb.

VAZ 21011 markalı avtomobilin sürücüsü Yəhya Nəsirov və avtomobildə olan əmisi oğlu İsmayıl Nəsirov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən İ. Nəsirovun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az