Gənc qadın dərmandan zəhərləndi

5 İyul 2018 12:09 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 1994-cü il təvəllüdlü Abdullayeva Səbinə dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Qadının hansı şəraitdə dərmandan zəhərləndiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az