Leysan 14 nəfərin ölümünə səbəb oldu

5 İyul 2018 12:20 (UTC+04:00)

Bu barədə Pakistan təbii fəlakətlərin aradan qaldırılması milli idarəsi məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, qurumun məlumatına görə, insan ölümü əsasən evlərin damlarının uçması, ağac və elektrik dirəklərinin aşması ilə bağlı olub. Pəncab əyalətində ölənlərin sayı 12-yə çatıb, habelə 17 nəfər yaralanıb. Bundan başqa, 2 nəfər Xayber-Paxtunxva əyalətində ölüb.

Qarşıdakı günlərdə Pakistanın şimalında yağışın zəifləyəcəyi gözlənilir ki, bu da hökumət orqanlarına tammiqyaslı xilasetmə əməliyyatı keçirməyə imkan yaradacaq.

AzNews.az