Fransada polislə gənclər arasında toqquşma olub

5 İyul 2018 13:03 (UTC+04:00)

AZƏRTAC RİA Novosti-yə istinadla xəbər verir ki, ötən gün Nantes polisi keçirdiyi reyd zamanı əmrə tabe olmayan gənc sürücüyə atəş açıb və nəticədə o, həyatını itirib.

Bundan sonra gənclərin kütləvi etiraz aksiyası başlayıb. İğtişaşı dayandırmağa çalışan polis 11 nəfəri saxlayıb.

Saxlanılanlar odlu silahdan istifadədə və ictimai asayışı pozmaqda günahlandırılır.

AzNews.az