Ronaldo “Yuventus”la müqavilə imzaladı - İddia

5 İyul 2018 15:16 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, Seriyada A-da son 7 mövsümün çempionu Ronaldoya 4 illik müqavilə təklif edib və portuqaliyalı futbolçu bu müddətdə 120 milyon avro qazanacaq. İtaliyanın "Tele7Gold" kanalına açıqlama verən Turin klubunun keçmiş idarə heyətinin üzvü Lusiano Mocci Ronaldonun "Yuventus"la müqavilə bağladığını deyib: "Ronaldo "Yuventus"la müqavilə imzalayıb. O, Münhendə tibbi müayinədən keçib".

33 yaşlı hücumçu 2009-cu ildə 94 milyon avroya "Mançester Yunayted"dən "Real"a keçmişdi.

AzNews.az