Niderlandda muzeydən ölümcül zəhər oğurladılar

5 İyul 2018 16:19 (UTC+04:00)

Belə ki, Trend-in məlumatına görə, Elm və səhiyyə muzeyindən ölümcül zəhər oğurlanıb.

Bildirilir ki, "kurare" adlı zəhər şüşə qabda seyfin içərisində saxlanılırmiş.

Hazırda polis zəhərin oğurlanması ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, "kurare" zəhərini Cənubi Amerika hinduları ov zamanı ox ucluqlarına sürtürdülər. Niderlandda isə bu zəhər növü evtanaziya zamanı istifadə olunur.

AzNews.az