Azərbaycan ordusunun təlimlərində gecə döyüş atışları keçirildi - Fotolar

5 İyul 2018 17:30 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu mərhələdə qoşunlar şərti düşmənin bütün hədəflərini məhv edərək tapşırıqları uğurla icra ediblər.

Gecə vaxtı və məhdud görmə şəraitində keçirilən təlimlərdə iştirak edən motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, eləcə də aviasiya vasitələri döyüş atışlarını dəqiq və peşəkarlıqla yerinə yetiriblər.